Ronaldinyo nəhayət ki, müqavilə bağladı
Bizi izləyin

İdman

Ronaldinyo nəhayət ki, müqavilə bağladı

Adı son vaxtlar Türkiyənin Superliqa klubu olan “Antalyaspor”la yanaşı hallanan Ronaldinyonun yeni komandası məlum olub.

Publika.az xəbər verir ki, “Qızıl top”un ikiqat qalibi vətənində - Braziliyada top qovacaq. 35 yaşlı “sambaçı” Braziliyanın “Fluminense” klubu ilə müqavilə bağlayıb.

“Fluminense”ylə 2016-cı ilin sonuna kimi müqavilə bağlayan Ronaldinyonun aylıq gəliri 170 min avro olacaq. Forma satışından da təxminən 60 min avro qazancı olacaq ulduz futbolçunun illik gəliri 2 milyon 760 min avro təşkil edəcək.

“Qremio”, “Atletiko Mineyro” və “Flamenqo”dan sonra “Fluminense” Ronaldinyonun karyerasındakı dördüncü Braziliya klubu olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm