Təbriklər, Diniyev – Yubileyə bir addım qaldı
Bizi izləyin

İdman

Təbriklər, Diniyev – Yubileyə bir addım qaldı

Azərbaycanın sayılıb-seçilən mütəxəssislərindən olan Şahin Diniyevin doğum günüdür.

Publika.az xəbər verir ki, hazırda "Kəpəz"in baş məşqçisi olan təcrübəli çalışdırıcının 49 yaşı tamam olur.

Futbolçu kimi Azərbaycan klubları ilə yanaşı, Rusiya və İsrail kimi ölkələrdə oynayaraq legioner həyatı yaşamış Diniyev karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayıb. Azərbaycan yığmasını çalışdırmış mütəxəssis "Qarabağ", "Kəpəz" və "Rəvan"da işləyib. Həmçinin, Rusiyanın "Terek" klubunda çalışıb.

Diniyevin doğum günü hazırda "sükanı arxasında" olduğu "Kəpəz"in rəhbərliyi tərəfindən də diqqətə alınıb. Klubun mətbuat xidmətinin bu münasibətlə yaydığı təbrik mesajında deyilir:

"Kəpəz" PFK-nın rəhbərliyi Şahin Diniyevi doğum günü münasibəti ilə təbrik edir, ona işində uğurlar arzulayır.

Gəncə klubunun onun rəhbərliyi altında əvvəlki əzəmətini geri qaytaracağına ümid edirik!".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm