İbrahimovdan daha bir qızıl
Bizi izləyin

İdman

İbrahimovdan daha bir qızıl

Koreya Respublikasının Kvancu şəhərində baş tutan tələbələrin XXVIII Yay Universiadasında Azərbaycan komandası yüksək nəticə göstərib. Belə ki, yığmamızın daha bir üzvü qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, yarışlarda komandamızın aktivinə növbəti qızıl medalı atlet Hayle İbrahimov əlavə edib.

Təmsilçimiz kişilərin 5000 metr məsafəyə qaçış yarışında birinci olub (13:44.28). 2-ci yerdə mərakeşli Züheyr Təlbi (14.02,06), 3-cü yerdə isə rusiyalı Rinas Axmadeyev (14.05,88 dəq.) qərarlaşıb.

Yığma komandamız Universiadanı 2 qızıl və 1 bürünc medalla tamamlayıb.

Xatırladaq ki, komandamızın hesabına digər medalları - qadınlar arasında çəkicatma yarışlarında Hanna Skidan (qızıl), cüdoda isə Hüseyn Rəhimli (73 kq, bürünc) əlavə edib.

Universiada iyulun 14-də başa çatacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm