49 milyona “şəhərli” olacaq
Bizi izləyin

İdman

49 milyona “şəhərli” olacaq

İngiltərə milli komandasının və “Liverpul”un futbolçusu Rahim Sterlinq yeni mövsümdən klubunu dəyişir. Belə ki, Sterlinq növbəti mövsümdən "Mançester Siti"nin şərəfini qoruyacaq.

Publika.az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, klublar Sterlinqin keçidiylə bağlı şifahi razılığa gəliblər. “Şəhərlilər” 20 yaşlı hücumçunun keçidinə görə “qırmızılar”a 49 milyon funt-sterlinq ödəyəcək.

Qeyd edək ki, 2012-ci ildən "Liverpul"un şərəfini qoruyan Sterlinq, son mövsümdə keçirdiyi 52 oyunda 11 qola imza atıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm