Naxçıvanda beynəlxalq turnir keçiriləcək
Bizi izləyin

İdman

Naxçıvanda beynəlxalq turnir keçiriləcək

İyulun 22-23-də Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Publika.az xəbər verir ki, komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan və Qazaxıstan komandalarının iştirakı planlaşdırılır.

Turnirin proqramına əsasən, iyulun 22-də qrup görüşləri, iyulun 23-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Turnirin rəsmi açılış mərasimi 22 iyul 2015-ci il, saat 10.00-da baş tutacaq.

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm