Azərbaycanlı hakimin vizasında problem yarandı - ölkədən çıxa bilmir
Bizi izləyin

İdman

Azərbaycanlı hakimin vizasında problem yarandı - ölkədən çıxa bilmir

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin bu gün keçiriləcək APOEL (Kipr) - “Vardar” (Makedoniya) matçı azərbaycanlı hakimlər briqadasına həvalə edilib.

Publika.az xəbər verir ki, oyunda 4-cü hakim kimi FİFA referisi Rəhim Həsənov iştirak etməli idi. Ancaq R.Həsənovun vizayla bağlı problemi yarandığından, səfərə yollana bilməyib. Həsənov FİFA referisi Fariz Yusifovla əvəz edilib.

Qeyd edək ki, APOEL (Kipr) - “Vardar” (Makedoniya) qarşılaşmasının baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq. Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcəklər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm