15 milyon dəyərində istefa - QƏRAR
Bizi izləyin

İdman

15 milyon dəyərində istefa - QƏRAR

Rusiyanın futbol üzrə milli komandasının baş məşqçisi Fabio Kapello istefaya göndərilib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Futbol Federasiyası rəsmi saytı vasitəsi ilə yayıb.

Xəbərdə RFF-in Fabio Kapelloyla yollarını ayırdığını, italyan mütəxəssisə xidmətlərinə görə təşəkkür etdiklərini yazıblar.

69 yaşlı çalışdırıcının Rusiya Futbol Federasiyası ilə 2018-ci ilə kimi müqaviləsi olduğundan, ruslar onu istefaya göndərdiyinə görə, mütəxəssisə 15 milyon avro təzminat verməli olacaq.

Qeyd edək ki, hazırda AÇ-2016-nın seçmə mərhələsinin G qrupunda hesabında 8 xalla Rusiya millisi 3-cü pillədə qərarlaşıb. 6 turdan sonra rusları 1-ci pillədəki Avstriyadan 8, 2-ci pillədəki İsveçdən isə 4 xal ayırır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm