“Şeytanlar” ona göz dikib
Bizi izləyin

İdman

“Şeytanlar” ona göz dikib

Polşa millisinin və “Bavariya”nın hücumçusu Robert Levandovski “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Publika.az-ın “Daily Telegraph”-a istinadən verdiyi xəbərə görə, polşalı futbolçunun transferini rəhbərlikdən klubun baş məşqçisi Lui van Qal istəyib.

Bir neçə gün öncə Robin van Persini “Fənərbaxça”ya satan “qırmızı şeytanlar” hücum xəttindəki boşluğu doldurmaq üçün Levandovskiylə yanaşı, PSJ-nin və Uruqvay millisinin forvardı Edinson Kavaniylə də maraqlanır.

Levandovski keçən ildən “Bavariya”nın uğurları üçün çalışır. Polşalı forvardın münhenlilərlə müqaviləsinin müddəti 2019-cu ilin yayında başa çatacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm