“Qəbələ” ev oyununu harda keçirəcək?
Bizi izləyin

İdman

“Qəbələ” ev oyununu harda keçirəcək?

"Qəbələ"nin Serbiyanın "Çukariçki" komandası ilə Avropa Liqasının II təsnifat mərhələsindəki ev oyunu böyük ehtimalla Bakıda keçiriləcək.

Bu barədə klubun meneceri Səməd Nəsibov məlumat verib.

Onun sözlərinə görə, Qəbələ şəhər stadionunda Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə I təsnifat mərhələsinin cavab görüşündə baş vermiş olaylarla əlaqədar UEFA Nizam-İntizam Komitəsinin cəzalar tətbiq edəcəyi gözlənilir. Bu cəzalardan biri də “Qəbələ”nin ev oyunu ilə bağlıdır.

Klub rəsmisi qeyd edib ki, UEFA Qəbələ şəhər stadionun cəzalanıb-cəzalanmayacağı ilə bağlı qərarı bu gün “Qəbələ”yə bildirəcək. O, eyni zamanda qeyd edib ki, görüş böyük ehtimalla Bakıda keçiriləcək.

qol.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm