Azərbaycanlı idmançı növbəti döyüşə çıxır - Olimpiya çempionundan dəstək - FOTO
Bizi izləyin

İdman

Azərbaycanlı idmançı növbəti döyüşə çıxır - Olimpiya çempionundan dəstək - FOTO

Azərbaycanın məşhur K-1 ustası Zabit Səmədov növbəti döyüşünə çıxacaq.

Publika.az xəbər verir ki, bu barədə idmançının “facebook” səhifəsində məlumat verilib. Onun budəfəki rəqibi Bosniya və Hersoqovina idmançısı Dzevad Poturak olacaq.

“Akhmat Fight Show” adlanan döyüş Çeçenistanın paytaxtı Qroznı şəhərində avqustun 22-də baş tutacaq.

"Mauqli" ləqəbli Zabit Səmədova sosial şəbəkə vasitəsi ilə uğurlar arzulayan məşhur idmançılarımızdan biri də olimpiya çempionumuz Fərid Mansurov olub.

O, “facebook”da “mauqli” ləqəbli döyşçü üçün “Uğurlar, qardaş” rəyini yazıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm