“Qarabağ” bizə yenidən həyəcan yaşadacaq”
Bizi izləyin

İdman

“Qarabağ” bizə yenidən həyəcan yaşadacaq”

Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov “Qarabağ”ın “Rudar”la oyunu barədə fikirlərini bildirib.

Publika.az-a danışan İ.Cavadov “Qarabağ” klubuna ümidlərin böyük olduğunu deyib.

Onun fikrincə “Qarabağ” klubu azarkeşlərinə keçənilki kimi həyəcan yaşada biləcək:

"Düşünürəm ki, Avroliqada çıxış edən “Qəbələ” və “İnter”dən qrup mərhələsinə vəsiqə qazanmağı tələb etmək düzgün deyil.

Etiraf edim ki, indi ümidlər "Qarabağ" klubunadır. Onların yaxşı, güclü heyəti var. Qurban Qurbanovun komandası bizə yenidən qrup mərhələsinin həyəcanını yaşada bilər. Bizim “Qarabağ”a dəstək olmağımız lazımdır. Çünki bu il daha da çətin olacaq. Indi Avropa komandaları təmsilçimizi yaxşı tanıyır və heç də zəif rəqib olmadıqlarını bilirlər".

Aygühn İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm