"Qarabağ" "Rudar"la heç-heçə etdi - FOTO
Bizi izləyin

İdman

"Qarabağ" "Rudar"la heç-heçə etdi - FOTO

İyulun 15-də UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Monteneqronun “Rudar” futbol komandası ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın futbolçuları dəfələrlə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da, oyunun ilk hissəsində hesab açılmayıb.

Rumıniyalı baş hakimi Sebastyan Kolteskunun idarə etdiyi görüşün ikinci hissəsində də qapılara top vurulmayıb.

Beləliklə, "Qarabağ" - "Rudar" oyunu qolsuz heç-heçə ilə yekunlaşıb. Komandalar arasında cavab görüşü iyulun 22-də Monteneqrodakı "Qradski" stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm