Azərbaycan Yaponiya, Çin və Belçikaya rəqib oldu
Bizi izləyin

İdman

Azərbaycan Yaponiya, Çin və Belçikaya rəqib oldu

Bu İtaliyanın Parma şəhərində qadın voleybolçular arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Publika.az xəbər verir ki, mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

İtaliyanın Parma şəhərində qadın voleybolçular arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Publika.az xəbər verir ki, mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

Qeyd edək ki, bu il keçiriləcək dünya çempionatının 24 iştirakçısından 18-i artıq bəllidi. Yalnız Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrini təmsil edəcək 6 kollektiv hələ bəlli deyil. Bu səbəbdən onlar püşkatmada "NORSEKA" (Şimali, Mərkəzi Amerika və Karib Voleybol Konfederasiyası) adı ilə təmsil olunub.

Püşk millimizi D qrupuna salıb. Yığmamızın qrupdakı 5 rəqibindən 3-ü bəllidi - Yaponiya, Çin və Belçika. Qalan iki rəqibimiz isə NORSEKA-dan olacaq. Bu komandalar həmin konfederasiyadakı seçmə mərhələni 3 və 5-ci pillələrdə tamamlayanlar olacaq.

A qrupu: İtaliya, NORSEKA-2, Almaniya, Argentina, Xorvatiya, Tunis.

B qrupu: Braziliya, Serbiya, Türkiyə, NORSEKA-4, Kamerun, Bolqarıstan.

C qrupu: NORSEKA-1, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, NORSEKA-6.

D qrupu: Yaponiya, Çin, NORSEKA-3, Belçika, NORSEKA-5, AZƏRBAYCAN.

Qeyd edək ki, bu ilin sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək dünya çempionatının oyunları 6 şəhərdə keçiriləcək: Roma, Trieste, Verona, Bari, Modena və Milan. Hər qrupda ilk 4 komanda növbəti qrup mərhələsinə vəsiqə qazanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm