"İnter"dən əzmkar qələbə
Bizi izləyin

İdman

"İnter"dən əzmkar qələbə

Xəbər verdiyimiz kimi, dünən Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Publika.az-ın məlumatına görə, təmsilçilərimizdən "İnter" klubu dünən növbəti matçını keçirib.

Zaur Svanadzenin komandası İslandiyada "Hafnarfyordur" klubunun qonağı olub. İlk mərhələdə "Laçi"ni (Albaniya) mübarizədən kənarlaşdıran "İnter" II təsnifat mərhələsini də keçməklə uğursuz sindroma son qoymaq niyyətindədir.

"İnter" daha öncəki illərdə ilk mərhələni uğurla adlasa da, II təsnifat mərhələsində dayanıb. Bu dəfəki rəqib isə İslandiyanın "Hafnarfyordur" klubu idi. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan Zaur Svanadzenin komandası ikinci hissədə iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 23-də Bakıda keçiriləcək.

16 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu

00:15. "Hafnarfyordur" (İslandiya) - "İnter" (Azərbaycan) - 1:2

Qolar: Qudnason, 39-pen (1:0), Nika Kvekveskiri, 54-pen (1:1), Diaqo Martins, 61 (1:2)

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm