İdman
"İnter" və "Qəbələ" mərhələ adlasa, bu komandalarla qarşılaşacaq
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatmada Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən komandaların - "İnter"lə "Qəbələ"nin də növbəti rəqibi bəlli olacaq.
Hələ ikinci təsnifat mərhələsində "İnter" İslandiyanın "Hafnarfyordur", "Qəbələ" isə Serbiyanın "Çukariçki" komandası ilə mübarizə aparır. Təmsilçilərimiz bu rəqiblərini keçsələr, növbəti mərhələdə kiminlə qarşılaşacaqlarını məhz bu gün biləcəklər.
Avroliqanın üçüncü təsnifat mərhələsində 58 klub mübarizə aparacaq. Onlardan 25-nin adı artıq bəllidir:
"Borussiya" (Dortmund, Almaniya), "Rubin" (Rusiya), "Atletik" (İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Standard" (Belçika), "Bordo" (Fransa), "Sampdoriya" (İtaliya), "Vitoriya" (Portuqaliya), "Sent-Etyen" (Fransa), "Sürix" (İsveçrə), "Slovan" (Çex Respublikası), "Sauthempton" (İngiltərə), "Krasnodar" (Rusiya), "Belenenseş" (Portuqaliya), "Vorskla" (Ukrayna), "Zarya" (Ukrayna), "Atromitos" (Yunanıstan), "Vitess" (Hollandiya), "Yablonets" (Çex Respublikası), "Şturm Qrats" (Avstriya), AEK (Kipr), "İroni Kiryat Şmona" (İsrail), "İstanbul Başakşehir" (Türkiyə), "Tarqu Mureş" (Rumıniya), "Reyndorf" (Avstriya).
Adları çəkilən bu klublar mübarizəyə birbaşa III təsnifat mərhələsindən başlayanlardır. Qalan 33 iştirakçı isə Avroliqanın ikinci təsnifat mərhələsini qalib başa vuranlar olacaq. Onlardan ikisi də Azərbaycan təmsilçisi ola bilər.
"İnter" - "Hafnarfyordur" və "Qəbələ" - "Çukariçki" cütü üçüncü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər səbətində qərarlaşıb. Bu isə mərhələ keçəcəkləri halda təmsilçilərimizin özlərindən daha güclü rəqiblərlə qarşılaşacağından xəbər verir. Məsələn, mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlayacaq klublar təmsilçilərimizə rəqib ola bilərlər.
Səpələnmişlər
"Borussiya" (Dortmund, Almaniya)
"Rubin" (Rusiya)
"Atletik" (İspaniya)
"AZ Alkmaar" (Hollandiya)
"Standard" (Belçika)
"Bordo" (Fransa)
"Sampdoriya" (İtaliya)
"Vitoriya" (Portuqaliya)
"Sent-Etyen" (Fransa)
"Sürix" (İsveçrə)
"Slovan" (Çex Respublikası)
"Sauthempton" (İngiltərə)
"Krasnodar" (Rusiya)
"Belenenseş" (Portuqaliya)
"Vorskla" (Ukrayna)
"Zarya" (Ukrayna)
"Atromitos" (Yunanıstan)
"Kopenhagen" (Danimarka) - "Nyu Taun" (Uels)
PAOK (Yunanıstan) - "Lokomotiv" (Xorvatiya)
"Trabzonspor" (Türkiyə) - "Differdanj" (Lüksemburq)
"Legiya" (Polşa) - "Botoşani" (Rumıniya)
"Vest Hem" (İngiltərə) - "Birkirkara" (Malta)
"Riyeka" (Xorvatiya) - "Aberdin" (Şotlandiya)
"Rusenborq" (Norveç) - "Reykyavik" (İslandiya)
"Elfsborq" (İsveç) - "Randers" (Danimarka)
"Hayduk" (Xorvatiya) - "Koper" (Sloveniya)
"Apollon" (Kipr) - "Trakay" (Litva)
"Omoniya" (Kipr) - "Yagelloniya" (Polşa)
"Tyun" (İsveçrə) - "Hapoel" (Beer Şeva, İsrail)
Səpələnməmişlər
"Vitess" (Hollandiya)
"Yablonets" (Çex Respublikası)
"Şturm Qrats" (Avstriya)
AEK (Kipr)
"İroni Kiryat Şmona" (İsrail)
"İstanbul Başakşehir" (Türkiyə)
"Tarqu Mureş" (Rumıniya)
"Reyndorf" (Avstriya).
"Astra" (Rumıniya) - "İnverness" (Şotlandiya)
"Dinamo" (Minsk, Belarus) - "Çerno More" (Bolqarıstan)
"Slovan" (Slovakiya) - UCD (İrlandiya)
AİK (İsveç) - "Şirak" (Ermənistan)
"Mlada Boleslav" (Çex Respublikası) - "Stromsqodset" (Norveç)
"Şlask" (Polşa) - "Höteborq" (İsveç)
"Jilina" (Slovakiya) - "Daçiya" (Moldova)
"Debretsen" (Macarıstan) - "Skonto" (Latviya)
"Brondbü" (Danimarka) - "Beroe" (Bolqarıstan)
"Şarlerua" (Belçika) - "Beytar" (İsrail)
"Şaxtyor" (Soliqorsk, Belarus) - "Volfsberger" (Avstriya)
"Voyvodina" (Serbiya) - "Spartak" (Yurmala, Latviya)
"Spartak" (Trnava, Slovakiya) - "Linfild" (Şimali İrlandiya)
"Hafnarfyordur" (İslandiya) - "İnter" (Azərbaycan)
"Jelezniçar" (Bosniya və Herseqovina) - "Ferençvaroş" (Macarıstan)
"Şemrok Rovers" (İrlandiya) - "Odd Qrenland" (Norveç)
"Rabotniçki" (Makedoniya) - "Yelqava" (Latviya)
"Vaduts" (Lixtenşteyn) - "Nomme Kalyu" (Estoniya)
"Çukariçki" (Serbiya) - "Qəbələ" (Azərbaycan)
"Kukesi" (Albaniya) - "Mladost" (Çernoqoriya)
"Kayrat" (Qazaxıstan) - "Alaşkert" (Ermənistan)
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu