"Qızıl butsi"nin sahibi 27 yaşında futbolla vidalaşdı
Bizi izləyin

İdman

"Qızıl butsi"nin sahibi 27 yaşında futbolla vidalaşdı

Almaniya millisinin və "Frankfurt" klubunun hücumçusu Seliya Şaşiç karyerasını 27 yaşında bitirməyə qərar verib.

Publika.az xəbər verir ki, Şaşiç Çempionlar Liqasında, Bundesliqada və Kanadada keçirilən dünya çempionatında bombardir olmuşdu. O, qərarını belə izah edib: "Bundesliqada 11 mövsüm keçirdim. Almaniya yığmasında isə 10 il oynadım. Əvəzsiz təcrübə qazandım. Xeyli titul əldə etdim və bununla fəxr edirəm. Səbirsizliklə, həyatımdakı yeni mərhələni gözləyirəm. Universitetdə təhsil almalıyam.

Yeni həyat və əlbəttə ki, ailə".

Qeyd edək ki, Şaşiç 2009 və 2013-cü illərdə keçirilən Avropa çempionatının qalibi olub. O, 2015-ci ildə keçirilən dünya çempionatında "qızıl buts" alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm