• USD 1,7002 0,00% EUR 2,0070 0,00%
    • GBP 2,2488 0,00% RUB 0,0285 0,00%

Mişel Platini: "Buna imkan vermək olmaz"

  • İdman
  • 17 İyul 2015 20:13
  • 554 Baxış
Mişel Platini: "Buna imkan vermək olmaz"

UEFA prezidenti Mişel Platini maliyyə feyr-pleyinin tətbiqindən sonra futbolda yaranan vəziyyətdən danışıb.

Publika.az xəbər verir ki, Platini maliyyə feyr-pleyini tətbiq etməklə, futbolun inkişafına təkan verdiklərini deyib. O, bu tendesiyanın davam etdiriləcəyini də qeyd edib:

""Bosman işi"ndən sonra ən yaxşı futbolçuları bir komandaya toplamaq olardı. Amma əvvəllər ən yaxşılar müxtəlif klublardaydı. Situasiyanı futbol yox, "Bosman işi" dəyişdi. Gələcəkdə də ən yaxşı futbolçuların bir və ya iki komandada qərarlaşmasının qarşısını almaq lazımdı. Bu, sağlam mübarizə üçün vacibdi.

Sentyabrda Jan-Klod Yunkerlə görüşəcəm. Onunla bəzi məsələləri müzakirə edəcəm. İmkan vermək olmaz ki, ən yaxşıları bir komandaya yığsınlar. Yoxsa mübarizə öləcək. Aparıcı klublar böyük pullarla istədiklərini ala bilərlər. Biz bütün Avropa futbolu barədə düşünməliyik, iki-üç klub barədə yox.

O ki qaldı maliyyə feyr-pleyinə, klublar xahiş etdilər ki, nəsə edək. Çünki onlar maliyyə yükünə dözmür və ziyan çəkirdilər. Nəsə etmək lazım idi və biz də etdik. Düşünürəm ki, bu prinsip əla işləyir. Təsəvvür edirsiz, bunu tətbiq etməklə biz son illər nə qədər klubun yaşamasını təmin etmişik?".

Publika.az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>