“Trabzonspor” Uorisi satmaqdan imtina etdi
Bizi izləyin

İdman

“Trabzonspor” Uorisi satmaqdan imtina etdi

Fransanın “Renn” klubu “Trabzonspor”un hücumçusu Məcid Uorislə ciddi maraqlanır.

Publika.az “Sports Crusader” saytına istinadən xəbər verir ki, fransızlar türklərə hücumçuya görə 4 milyon avro təklif ediblər. Lakin türklər bu təklifə rədd cavabı veriblər.

Məsələ ondadır ki, 23 yaşlı qanalı özünü “Trabzonspor”da göstərə bilməyib. Son 18 oyunda bir qol vura bilməyib. Lakin klub onu Moskva “Spartak”ından aldığı qiymətdən - 6 milyon avrodan aşağı qiymətə satmaq istəmir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm