Meydanda çılpaq azarkeş - FOTO
Bizi izləyin

İdman

Meydanda çılpaq azarkeş - FOTO

Meydanda çılpaq azarkeş - FOTO

Avstriya çempionatının "Rid" - "Zaltsburq" oyununda maraqlı hadisə baş verib. Publika.az xəbər verir ki, bir azarkeş çılpaq şəkildə meydana çıxıb.

Qonaq komandanın 1:3 hesablı qələbəsi ilə yekunlaşan oyunda meydana çıxan "Rid" fanatı "Zaltsburq" azarkeşlərinin oturduğu tribunanın önünə gələrək onlara "ortaq barmaq" işarəsi göstərib və daha sonra polisin əlinə keçməmək üçün meydanın ətrafında dövrə vurmağa başlayıb.

Oyundan sonra olayla bağlı danışan "Rid"in baş məşqçisi Mixael Anqerşmid maraqlı açıqlama verib: "Əgər qaçdığı kimi futbol oynayırsa, onu məşqdə sınaqdan keçirə bilərəm. Həqiqətən əyləncəli bir hadisə idi, amma belə halların təkrarlanmaması yaxşıdı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm