“Qarabağ”ın yaxşı qol imkanları olacaq
Bizi izləyin

İdman

“Qarabağ”ın yaxşı qol imkanları olacaq

Sabah “Qarabağ” səfərdə “Rudar”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

“Köhlən atlılar”ın cavab matçı barədə futbol üzrə U-19 milli komandasının baş məşqçisi Nazim Süleymanov öz fikirlərini bildirdi.

Publika.az-a danışan mütəxəssis səfərdə təmsilçimizin qol imkanlarının olacağını dedi:

“Düşünürəm ki, “Qarabağ”ın səfər matçı daha yaxşı olacaq. “Qarabağ”ın yaxşı qol imkanları olacaq və bundan da istifadə etməlidirlər. Ev oyununda təmsilçimizin qələbə qazana bilməməsinin səbəbi komandanın yeni mövsümdə ilk rəsmi oyununu keçirməsi idi. Bunun təsiri oldu. Bundan əlavə heyətdə yeni oyunçular cəlb olunub, onlar komandaya hələ tam uyğunlaşmamış ola bilər. Futbolçuların psixoloji durumu var. Buna baxmayaraq, “Qarabağ” rəqibindən üstün oyun göstərdi”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm