• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Maurinyonun arzularının komandası

  • İdman
  • 11 Mart 2014 10:49
  • 496 Baxış
Maurinyonun arzularının komandası

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo arzuladığı komandanı açıqlayıb.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin açıqladığı 18 futbolçu müxtəlif vaxtlarda onun rəhbərliyi altında çıxış edib və indi də çıxış edir.

Belə ki, həmin futbolçular onun rəhbərliyi altında “Portu”, “Çelsi”, “İnter” və “Real”da oynayıb.

Qapıçı: Petr Çex (Çelsi).

Müdafiəçilər: Maykon (Roma), Con Terri (Çelsi), Rikardo Karvalyo (Monako), Xavyer Zanetti (İnter).

Yarımmüdafiəçilər: Frank Lempard (Çelsi), Deku (karyerasını bitirib), Esteban Kambiasso (İnter).

Hücumçular: Samuel Eto`O (Çelsi), Didye Droqba (Qalatasaray), Kriştiano Ronaldo (Real).

Ehtiyat oyunçular: Julio Sezar (Toronto), Lusio (Palmeyras), Klaude Makalele (karyerasını bitirib), Mixael

Essyen (Milan), Uesli Sneyder (Qalatasaray), Mesut Özil (Arsenal), Dieqo Milito (İnter).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR