FHN-in idmançısı qızıl medal qazandı
Bizi izləyin

İdman

FHN-in idmançısı qızıl medal qazandı

Şağan İdman Olimpiya Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında sambo idmanı üzrə Azərbaycan kuboku çempionatı keçirilib. Çempionatda 32 komanda və 500-ə yaxın idmançı gücünü sınayıb.

Yarışda 81 kq çəki dərəcəsində Fövqəladə Hallar Nazirliyinin komandasının üzvü Elçin Heybətov da iştirak edib. O bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm