Naxçıvanda beynəlxalq turnirin açılış mərasimi keçirildi
Bizi izləyin

İdman

Naxçıvanda beynəlxalq turnirin açılış mərasimi keçirildi

Naxçıvan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnirə start verilib.

Publika.az xəbər verir ki, turnirin təşkilat komitəsinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, AGF-nin Baş katibi Əjdər Cəfərov Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.

Daha sonra turnirin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov dövlət başçısı, Azərbaycan MOK-un prezidenti İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısından danışıb. O deyib ki, ölkəmizdə idmanın maddi-texniki bazası günü-gündən möhkəmlənir.

AGF-nin baş katibi cənab Əjdər Cəfərov Naxçıvan torpağındakı yarış iştirakçılarını salamlayıb. O ölkəmizdə həyata keçirilən idman siyasətinin uğurla icra edildiyini qeyd edib və ölkə başçısı İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının idmançılarımızın nailiyyətlərinin ildən-ilə artmasında əvəzsiz rolu olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin müavini, Naxçıvan Güləş Federasiyasının prezidenti Azər Zeynalov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də güclü infrastruktur layihələrinin icra edildiyini qeyd edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdmançılara ədalətli mübarizə arzulayan A.Zeynalov yarışı açıq elan edib.
Açılış mərasimi bədii hissə ilə davam edib. Xalq artisti Aygün Kazımova və müğənni Elçin Cəfərovun ifaları arenaya toplaşan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm