O, indi “Qartal”ın hədəfindədir
Bizi izləyin

İdman

O, indi “Qartal”ın hədəfindədir

“Lester”in argentinalı yarımmüdafiəçisi Esteban Kambiasso klubla yollarını ayırıb.

Publika.az xəbər verir ki, bu barədə Argentina millisinin sabiq üzvü Facebook səhifəsində məlumat verib.

“Lester”lə yeni müqavilə bağlamayacam. Bu qərara klub rəhbərliyi mənə yeni müqavilə təklif etdikdən sonra gəldim. Növbəti mövsümün startına qədər klub rəhbərliyi mənim yerimə yeni futbolçu tapa bilər. Mən bütün “Lester” azarkeşlərinə bu günə qədər mənə verdikləri dəstəyə görə təşəkkür edirəm”.

Karyerası ərzində “İndependyente”, “River Pleyt”, “Real” və “İnter” kimi klubların şərəfini qorumuş 34 yaşlı futbolçunun xidmətində İngiltərənin “Aston Villa” və “Vest Hem” klublarıyla yanaşı, “Beşiktaş” da maraqlıdı.

Kambiasso son mövsümdə İngiltərə Premyer Liqasında 31 oyunda meydana çıxıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm