"Qarabağ"dan qələbə
Bizi izləyin

İdman

"Qarabağ"dan qələbə

İyulun 22-də futbol üzrə Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Monteneqronun “Rudar” komandası ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, Monteneqrodakı “Pod Malim Brdom” stadionunda keçirilən matçda “Qarabağ” komandası 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 57-ci dəqiqədə “Qarabağ”ın legioneri Reynaldo vurub. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qalan vaxt ərzində hesab dəyişməyib.

Bakıda keçirilən qarşılaşmada qolsuz heç-heçə qeydə alındığından iki oyunun nəticəsinə görə 1:0 hesabı ilə qalib gələn ağdamlılar növbəti mərhələyə yüksəliblər.

“Qarabağ” növbəti mərhələdə Şotlandiyanın “Seltik” komandası ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm