• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

6 qadın güləşçi Polşaya gedir

  • İdman
  • 23 İyul 2015 15:24
  • 320 Baxış
6 qadın güləşçi Polşaya gedir

Sentyabrın 7-12-də ABŞ-ın Las Veqas şəhərində güləş üzrə böyüklər arasında dünya çempionatı yarışları keçiriləcək.

Publika.az xəbər verir ki, dünya çempionatına hazırlaşan qadın güləşçilərimiz iyulun 24-26-də Polşanın paytaxtı Varşava şəhərində qadın güləşi üzrə “Poland Open” 19-cu beynəlxalq turnirdə iştirak edəcək.

Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Polşaya yollanan yığma komandanın heyətində 6 güləşçi yer alıb. Turnirdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq) və Nadya Muşka (69 kq) mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR