“İnter” və “Qəbələ”ni çətin görüş gözləyir
Bizi izləyin

İdman

“İnter” və “Qəbələ”ni çətin görüş gözləyir

Bu gün Avroliqanın II təsnifat mərhələsinin cavab oyunları baş tutacaq.

Publika.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində ölkəmizi "İnter" və "Qəbələ" klubları təmsil edəcək. Komandalarımız bu gün növbəti sınaqlarına çıxacaq.

"İnter" bu mərhələdə İslandiya "Hafnarfyordur"u ilə mübarizə aparacaq.

"Qəbələ" isə ilk dəfə vəsiqə qazandığı Avroliqanın ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" komandasına qarşı mübarizə aparacaq.

Rəqiblərimiz Avropanın nəhənglərindən sayılmasa da, sıradan komandalar deyil.

Avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırır.

Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədədir və hesabında 11.875 reytinq xalı var. Onun 1.375 xalı cari mövsümdə qazanılıb. Bu mövsüm ölkəmizə 0.500 xalı "İnter", 0.375 xalı "Qarabağ", 0.250 xalı "Neftçi", 0.250 xalı "Qəbələ" qazandırıb.

Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.

Klublarımıza isə "İnter" 4.375 xalla klub sıralamasında Avropanın 274-cü, "Qəbələ" isə 3.125 reytinq xalı ilə 329-cudur. Rəqiblərə gəlincə, "Hafnarfyordur" 5.725 xalla 224-cü, "Çukariçki" də 3.425 xalla 311-cidir.

Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunları)

23 iyul

21:00. “Qəbələ” – “Çukariçki”
Baş hakim: Radek Prihoda (Çexiya)
Bakı. “Bakcell Arena”.
İlk oyun – 0:1.

21:00. "İnter" - "Hafnarfyordur"
Baş hakim: Yaroslav Kozık (Ukrayna)
Bakı. “İnter Arena”.
İlk oyun – 2:1.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm