Onu satdıqlarını təsdiqlədi
Bizi izləyin

İdman

Onu satdıqlarını təsdiqlədi

“Çelsi” klubunun braziliyalı müdafiəçisi Felipe Luis “Atletiko”ya (Madrid) transfer edilib. Bu barədə komandanın baş məşqçisi Joze Mourinyo jurnalistlərə açıqlamasında deyib.

Publika.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı “Çelsi”yə transfer olunacağı deyilən “Everton”un müdafiəçisi Con Stones haqda da danışıb:

“Siz İngiltərənin ən yaxşı komandasının baş məşqçisiylə danışırsız. Biz çox yaxşı komandayıq və çox yaxşı oyunçulara sahibik. Başqa oyunçulara ehtiyacımız yoxdu, əlimizdə olanlara güvənirik”.

Mourinyo elə ötən il “Atletiko”nun özündən transfer etdikləri Felipe Luis haqda danışarkən bunu deyib:

“Bəli, biz Felipeni “Atletiko”ya satdıq. Çünki İngiltərədə ən yaxşı sol cinah müdafiəçisinə - Aspilikuetaya sahibik”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm