“Qarabağ” - “Seltik” görüşünün vaxtı müəyyənləşdi
Bizi izləyin

İdman

“Qarabağ” - “Seltik” görüşünün vaxtı müəyyənləşdi

UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Seltik” (Şotlandiya) – “Qarabağ” (Ağdam) oyununun vaxtı müəyyənləşib.

Publika.az xəbər verir ki, Qlazqo şəhərindəki “Celtic Park” stadionunda keçiriləcək ilk görüş iyulun 29-da Bakı vaxtı ilə 23:45-də başlayacaq. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

“Seltik” ikinci təsnifat mərhələsində İslandiya çempionu “Styarnan” komandasını mübarizədən kənarlaşdırıb. Ağdam təmsilçisi isə ikinci təsnifat mərhələsində Monteneqronun “Rudar” klubuna qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm