“Qəbələ” növbəti mərhələdə - FOTO
Bizi izləyin

İdman

“Qəbələ” növbəti mərhələdə - FOTO

İyulun 23-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” komandası evdə Serbiyanın “Çukariçki” komandasını qəbul edir.

Bakıda “Bakcell Arena”da keçirilən oyunda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnıy, Rafael Santos, Urfan Abbasov, Rikardiniyu, Rəşad Sadiqov, Cavid Hüseynov, Aleksey Qay, Sergey Zenev, Aleksey Antonov, Vojislav Stankoviç və Samir Zərgərov yer alıblar.

“Çukariçki”nin ilk on birliyində isə Nemanya Stevanoviç, Lukas Plasentin, Filip Stoykoviç, Boyan Ostoiç, Rayko Brejançiç, Draqolyub Srniç, Branislav Yankoviç, Petar Boiç, Nikola Stoilkoviç, Andriya Pavloviç və Slavolyub Srniç meydana çıxıblar.

Oyunu çexiyalı baş hakim Radek Prjixoda idarə edir. Ona həmyerliləri İvo Nadvornik, Yakub Qrabovski və Pavel Orel kömək edirlər. Görüşün UEFA nümayəndəsi isveçli Per Svard, hakim-inspektoru isə isveçrə təmsilçisi Andreas Şluxterdir.

Komandalar arasında Belqradda təşkil olunan ilk oyunda “Qəbələ” komandası 0:1 hesabı ilə məğlub olmuşdu.

İki oyunun nəticəsinə görə qalib çıxan komanda üçüncü təsnifat mərhələsində “Apollon” (Kipr) – “Trakai” (Litva) cütünün güclüsü ilə qarşılaşacaq.

Qəbələ" (AZƏRBAYCAN) 1-0 "Çukariçki" (Serbiya)

Qol: 39.Sergey Zenyov


Qol: 53.Sergey Zenyov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm