FHN-də üzgüçülük üzrə çempionat keçirilib
Bizi izləyin

İdman

FHN-də üzgüçülük üzrə çempionat keçirilib

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə iyulun 24-də nazirliyin yaradılmasının 10 illiyinə həsr olunmuş üzgüçülük üzrə çempionat keçirilib.

Publika.az xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin İdman kompleksində baş tutan çempionatda FHN-nin qurumlarını təmsil edən 18 komandada 36 iştirakçı mübarizə aparıb. İştirakçılar yarışın şərtlərinə uyğun olaraq, komanda hesabında 100, şəxsi hesabda isə 50 metrlik məsafəni qət ediblər.

Komanda hesabında I yerə Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), II yerə Mülkü Müdafiə qoşunları (MMQ), III yerə isə Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidməti layiq görülüb.

Şəxsi hesabda Babazadə Anar (DSXX) birinci yeri, Esetov Rüstəm (DSXX) ikinci yeri, Britvin Emil (MMQ)isə üçüncü yeri tutub.

Qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm