Kubok həyəcanı rəqəmlərin gözündə
Bizi izləyin

İdman

Kubok həyəcanı rəqəmlərin gözündə

Kubok həyəcanı rəqəmlərin gözündə

Martın 12-də Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk qarşılaşmaları keçiriləcək.

Publika.az cütlüklər arasında indiyə qədər baş tutan qarşılaşmaların statistik göstəricilərini təqdim edir.

Azərbaycan Kuboku, 1/4 final

“İnter” – “Neftçi”

+3=4-1, top fərqi 4-8

Paytaxt təmsilçilərinin kubokda yolları 5-ci dəfə kəsişir. Əvvəlki 4 dueldən 3-də “İnter” mərhələ adlayıb. 4 duel çərçivəsində keçirilən 8 görüşdən yarısında heç-heçə qeydə alınıb.

2004/05 - 1/4 final - Neftçi (Bakı) - İnter (Bakı) 0:0, 0:0, pen. 3:4

2007/08 - 1/2 final - Neftçi (Bakı) - İnter (Bakı) 2:2, 0:1

2009/10 - 1/4 final - Neftçi (Bakı) - İnter (Bakı) 0:3, 1:2

2011/12 - 1/2 final - İnter (Bakı) - Neftçi (Bakı) 0:0, 0:1

“Rəvan” – “Bakı”

+0=1-0, top fərqi 0-0

2 mövsüm əvvəl 1/8 finalda qarşılaşan rəqiblərin duelinin taleyini penaltilər seriyası həll etmişdi. Həmin vaxt “Bakı” mərhələ adlamışdı.

2011/12 - 1/8 final - Bakı - Rəvan (Bakı) 0:0, p.3:2

“Qəbələ” – “Qarabağ”

+0=4-0, top fərqi 3-3

Ardıcıl 3-cü dəfə 1/4 finalda qarşılaşan əyalət təmsilçilərinin kubok oyunlarında indiyədək qalib gələn olmayıb. Baş tutan 4 oyunun hamısı heç-heçə başa çatıb. Lakin hər iki dueldə səfər qolu sayəsində “Qarabağ” mərhələ adlayıb.

2011/12 - 1/4 final - Qəbələ - Qarabağ (Ağdam) 2:2, 0:0

2012/13 - 1/4 final - Qəbələ - Qarabağ (Ağdam) 1:1, 0:0

“Araz Naxçıvan” – “Xəzər Lənkəran” indiyədək görüşməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm