İdman
"Qarabağ" 12 milyon avro qazana bilər
UEFA Çempionlar Liqasının mükafat fondunu açıqlayıb. I
təsnifat mərhələsinə qatılan klublara 200 min avro
veriləcək.
"Qarabağ"ın mübarizəyə başladığı II təsnifat mərhələsində hər
komanda 300 min avro əldə edəcək. Növbəti mərhələnin dəyəri 400 min
avrodu. "Play-off" çıхan komandalar 3 milyon, burda qalib gələnlər
daha 2 milyon avro qazanacaq.
Qrup mərhələsinə vəsiqə qazanan hər klub 12 milyon avro iştirak
haqqı alacaq. Qrupdakı hər qələbəyə görə iştirakçılara 1.5 milyon,
heç-heçəyə görə 500 min avro veriləcək.
1/8 xinala çıхan komandalar 5.5, 1/4-də iştirak edəcəklər 6,
yarımfinala vəsiqə qazananlar 7 milyon avronu kassasına
qoyacaq.
Çempionlar Liqasının finalçısına 10.5, qalibinə isə 15 milyon avro
verib.
Yarışa II təsnifat mərhələsindən başlayan və "Rudar"ı (Çernoqoriya)
yenərək "Seltik"ə rəqib olan "Qarabağ" artıq iki mərhələyə görə 700
min avro qazanıb.
Çempionlar Liqasının mükafat fondu
I təsnifat mərhələsi: 200.000 avro
II təsnifat mərhələsi: 300.000 avro
III təsnifat mərhələsi: 400.000 avro
"Play-off" mərhələsi: 3.000.000 avro
"Play-off"un qalibləri: 2.000.000 avro
Qrup mərhələsi: 12.000.000 avro
Qrup mərhələsində qələbə: 1.500.000 avro
Qrup mərhələsində heç-heçə: 500.000 avro
1/8 final mərhələsi: 5.500.000 avro
1/4 final mərhələsi: 6.000.000 avro
Yarımfinal mərhələsi: 7.000.000 avro
Finalist: 10.500.000 avro
Qalib: 15.000.000 avro
Avropa Liqasının da mükafat fondu bəllidi. UEFA klublara I təsnifat
mərhələsinə görə 120, II mərhələyə görə 130, III mərhələyə görə
140, "play-off" mərhələsinə görə 150 min avro verir.
Qrup mərhələsinə vəsiqə qazanan hər klub 1,3 milyon avro alacaq.
Qrupdakı hər qələbənin dəyəri 200, heç-heçənin dəyəri 100 min
avrodu. Qrup qaliblərinə 400, ikinci yerlərin sahiblərinə 200 min
avro veriləcək.
1/16 finala çıхan komandalar 200, 1/8 finala vəsiqə qazananlar 350,
1/4 finalda iştirak edənlər 450 min, yarımfinalda mübarizə
aparacaqlar 1 milyon avro qazanacaq.
Finalist 2.5, Avropa Liqasının qalibi isə 5 milyon avro mükafat
alacaq.
Qeyd edək ki, iki mərhələ keçən və III təsnifat mərhələsinə vəsiqə
qazanan "İnter"lə "Qəbələ" 3 mərhələ üçün 390 min avro qazanıb. I
təsnifat mərhələsində uduzan "Neftçi" isə 120 min avro ilə
kifayətlənib.
Avropa Liqasının mükafat fondu
I təsnifat mərhələsi: 120.000 avro
II təsnifat mərhələsi: 130.000 avro
III təsnifat mərhələsi: 140.000 avro
"Play-off" mərhələsi: 150.000 avro
Qrup mərhələsi: 1.300.000 avro
Qrup mərhələsində qələbə: 200.000 avro
Qrup mərhələsində heç-heçə: 100.000 avro
Qrup qalibləri: 400.000 avro
Qrup ikinciləri: 200.000 avro
1/16 final mərhələsi: 200.000 avro
1/8 final mərhələsi: 350.000 avro
1/4 final mərhələsi: 450.000 avro
Yarımfinal mərhələsi: 1.000.000 avro
Finalist: 2.500.000 avro
Qalib: 5.000.000 avro
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!