"Qarabağ" - "Seltik" matçının hakimləri bəlli oldu
Bizi izləyin

İdman

"Qarabağ" - "Seltik" matçının hakimləri bəlli oldu

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Seltik" matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın İsveç mətbuatına istinadən verdiyi məlumata görə, Bakıda keçiriləcək oyun isveçli hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Martin Strömbergson olacaq. Ona həmyerliləri Daniel Qustavson və Stefan Hallberq köməklik edəcək. Dördüncü referi funksiyasını isə Yohan Hamlin yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm