Millimizin dünya çempionatındakı rəqibləri məlum oldu
Bizi izləyin

İdman

Millimizin dünya çempionatındakı rəqibləri məlum oldu

Bu gün "DÇ-2018"in seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasim ev sahibi olan Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub.

Püşkatmada iştirak edən 52 Avropa yığması 7-sində 6, 2-sində isə 5 komanda olmaqla 9 qrupa bölünüb.

Azərbaycan millisi 6 komandanın olduğu C qrupuna düşüb. Millimiz Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marinoya rəqib olub.

A qrupunda isə Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq,

B qrupunda Portuqaliya, İsveçrə, Macarıstan, Farer adaları, Latviya, Andorra,

D qrupunda Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan,

E qrupunda Rumıniya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan,

F qrupunda İngiltərə,Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta,

G qrupunda İspaniya, İtaliya, Albaniya, İsrail, Makedoniya, Lixtenşteyn,

H qrupunda Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Kipr,

I qrupundaXorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm