“Xəzər-Lənkəran” Türkiyə klubuna qalib gəlib
Bizi izləyin

İdman

“Xəzər-Lənkəran” Türkiyə klubuna qalib gəlib

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər-Lənkəran" futbol klubu hazırlıq prosesi çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Lənkəran təmsilçisi Türkiyənin üçüncü liqa təmsilçisi "Dərincəspor" ilə qarşılaşıb. Görüşdə “Xəzər-Lənkəran” 2:1 hesabı ilə qalib gəlib. Azərbaycan komandasının heyətində İsaak Limam dubl edib.

"Xəzər-Lənkəran" daha əvvəl "Niğdəspor" komandasına 1:0 hesabı ilə qalib gəlib. Komandamız Türkiyə Super Liqasında çıxış edən "Kasımpaşa"ya 0:2 hesabı ilə uduzub, "Kayserispor" ilə heç-heçə edib - 1:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm