“Qarabağ”ın futbolçusu: “Mərhələni adlayan biz olacağıq”
Bizi izləyin

İdman

“Qarabağ”ın futbolçusu: “Mərhələni adlayan biz olacağıq”

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Seltik"lə baş tutacaq oyun barədə "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda fikirlərini bidirib. O, klubun rəsmi "facebook" səhifəsində oyunla bağlı bunları yazıb.

Publika.az xəbər verir ki, 26 yaşlı futbolçu "Qarabağ"ın mərhələ adlayacağını deyib:

"Rəqib açıq futbolu sevir, bizim komanda da açıq futbola üstünlük verir. Çox maraqlı iki oyun olacaq. Düşünürəm ki, mərhələni adlayan tərəf biz olacağıq".

"Seltik" və "Qarabağ" arasında ilk matç iyulun 29-da, saat 23:45-də "Seltik Park" stadionunda keçiriləcək. Bu komandalar arasında cavab oyunu isə avqustun 5-də, saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm