Çempionun ailəsində faciə - övladı dünyasını dəyişdi
Bizi izləyin

İdman

Çempionun ailəsində faciə - övladı dünyasını dəyişdi

Motosiklet yarışları üzrə dünya çempionatında qalib olmuş Kenan Sofuoğlunun 2 ay öncə beyin qanaması keçirən 4 aylıq oğlu Hamza müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Publika.az xəbər verir ki, yas mərasiminə Sakarya valisi Hüseyn Avni Coş, Sakarya Böyükşəhər Bələdiyyə Başçısı Zeki Toçoğlu, Sakarya Polis Müdiri Osman Babadağ və Sofuoğlunun yaxınları qatılıb.

Kenan Sofuoğlunun övladı Akyazı Ailə Qəbiristanlığında torpağa tapşırılıb.

Sofuoğlu ailəsinin başına gələn hadisələr doğurdan da ürək ağrıdıcıdır. Belə ki, onun ailəsində baş verən bu hadisə ilk belə faciə deyil. 2002-ci ildə K.Sofuoğlunun qardaşı Bahattin Sofuoğlu yol qəzasında dünyasını dəyişib.

2008-ci ildə digər qardaşı Sinan Sofuoğlu motosiklet məşqində qəza keçirib və həyatını itirib.

2011-ci ildə atası İrfan Basri Sofuoğlu xərçəngdən dünyasını dəyişib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm