• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Güləşçilərimiz Polşadan 1 qızıl, 1 gümüş və 2 bürünc medalla qayıdır

  • İdman
  • 27 İyul 2015 13:53
  • 277 Baxış
Güləşçilərimiz Polşadan 1 qızıl, 1 gümüş və 2 bürünc medalla qayıdır

İyulun 24-26-də Polşanın paytaxtı Varşava şəhərində qadın güləşi üzrə “Poland Open” 19-cu beynəlxalq turniri keçirilib.

Publika.az xəbər verir ki, turnirdə iştirak edən qadın pəhləvanlarımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

48 kq çəki dərəcəsində mübarizə aparan yığma komandamızın kapitanı Mariya Stadnik bütün rəqiblərinə təmiz qələbə ilə qalib gələrək qızıl medal qazanıb.

58 kq çəki dərəcəsində yarışlarda Yuliya Ratkeviç ardıcıl olaraq İsveç və Türkiyəli rəqibini tam üstünlüklə qalib gəlsədə, Macar rəqibinə məğlub olub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz Bolqar və Macar rəqiblərinə qalib gələrək bürünc medal qazanıb.

60 kq-da isə İrina Netreba ilk görüşdə məğlub olsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Bu şansdan istifadə edən güləşçimiz bütün görüşləri qalib gələrək, bürünc medal qazanıb.

63 kq-da təmsilçimiz Nadya Muşka da finala qədər inamla irəliləyib. Ancaq finalda rəqibinə məğlub olan idmançımız yarışı gümüş medalla tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR