“Qarabağ”ın futbolçusu: “Bəxtimiz gətirmədi”
Bizi izləyin

İdman

“Qarabağ”ın futbolçusu: “Bəxtimiz gətirmədi”

Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov komandasının Şotlandiya klubu “Seltik”lə oyunu barədə proqnoz verib.

Publika.az-a danışan Ə.İsmayılov “Seltik”lə oyunun asan olmayacağını deyib:

“Rəqibimiz güclü komandadır. Onlarla görüş asan olmayacaq. Əsas da səfərdəki görüş çox çətin keçəcək”.

Futbolçu sifariş vərəqəsinə onun da adının daxil ediləcəyini desə də, səfər matçında oynaya bilməyəcəyini bildirib:

“Viza ilə bağlı sənədləri vaxtında göndərə bilmədim, buna görə də problem yarandı. Şotlandiyadakı ilk oyunu - səfər matçını buraxmalı olacam. Amma cavab görüşündə çıxış edə biləcəm”, - İsmayılov əlavə edib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm