Prezidentdən şok etiraf – Dövləti aldadıb
Bizi izləyin

İdman

Prezidentdən şok etiraf – Dövləti aldadıb

Prezidentdən şok etiraf – Dövləti aldadıb

"Bavariya"nın prezidenti Uli Hönnes vergidən yayındığını boyununa alıb. Publika.Az-ın məlumatına görə, Hönnes atdığı addımdan utandığını etiraf edib.

O, vurğulayıb ki, etirafının onu cəzadan qurtarmayacağından məlumatlıdır. Ancaq klub prezidenti onu da əlavə edib ki, özünü “tullantı” hesab etmir.

Çünki o bu müddət ərzində xeyriyyə tədbirlərinə milyonlarla vəsait ödəyib və bu cür tədbirlərin keçirilməsində aktiv iştirakçı olub.

Qeyd edək ki, istintaqın nəticəsinə görə, Hönnes İsveçrə banklarından birindəki çoxmilyonluq hesabını deklarasiyada göstərməyib, gəlirinin çox hissəsini gizlədib.

Klub prezidentinin vəkili isə bildirib ki, Hönnes istintaqın tapdığı vəsaitdən də çox vergidən yayınıb.

Onun sözlərinə görə, "Bavariya"nın prezidenti materiallarda göstərildiyi kimi 3,5 milyon deyil, 18,5 milyon avronu vergidən gizlədib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm