
UEFA prezidenti Mişel Platini FİFA-da keçiriləcək prezident seçkiləriylə bağlı qəti qərarını verib.
Publika.az xəbər verir ki, Platini FİFA prezidenti postuna namizədliyini irəli sürmək qərarına gəlib. O, bununla bağlı rəsmi açıqlamanı iyulun 30-da verəcək.
FİFA-da prezident seçkiləri 2016-cı ildə, fevralın 26-da keçiriləcək. Hazırkı prezident Jozef Blatter korrupsiya qalmaqalına görə iyun ayında istefaya getmişdi.