Qurban Qurbanov: “Bu gün deyə bilmərik…”
Bizi izləyin

İdman

Qurban Qurbanov: “Bu gün deyə bilmərik…”

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində sabah "Seltik"lə (Şotlandiya) qarşılaşacaq "Qarabağ" Şotlandiyaya yollanıb.

Publika.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov səfər öncəsi "Seltik"lə sabahkı oyunla bağlı açıqlama verib.

Baş məşqçi Qlazqoda səhvsiz oynamağa çalışacaqlarını bildirib.

“Çalışacağıq ki, maksimum düzgün oyun quraq, səhvsiz oynayaq.

Ola bilər minimal hesablı məğlubiyyət də bizim üçün sərf edə bilər. Ancaq cavab oyunundan sonra bu dəqiqləşəcək. Oyunun gedişatında da rəqibin gücünü bilirik. Amma bu gün deyə bilmərik ki, bizi hansı nəticə qane edəcək.

Qeyd edəki, "Seltik" - "Qarabağ" matçı sabah saat 23.45-də başlayacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm