Azarkeşlərə görə 7 min manat cərimə
Bizi izləyin

İdman

Azarkeşlərə görə 7 min manat cərimə

Azarkeşlərə görə 7 min manat cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Publika.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.

“Rəvan” – “Xəzər Lənkəran” matçında “Rəvan”ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Qəbələ” – “Neftçi” matçının 1, 36, 38, 63-cü dəqiqələrində “Qəbələ”nin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunda “Qəbələ” azarkeşləri tərəfindən təhqiredici pankartlar açıldığı üçün klub 5000 manat cərimə olunub.

AZAL – “Simurq” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Simurq”un futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində AZAL-ın futbolçusu Aleksandr Şemonayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm