"Qarabağ"ın oyunu canlı yayımlanmayacaq
Bizi izləyin

İdman

"Qarabağ"ın oyunu canlı yayımlanmayacaq

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin bu gün keçiriləcək “Seltik” - “Qarabağ” oyunu canlı yayımlanmayacaq. Publika.az xəbər verir ki, bu barədə Qol.Az saytına “Qarabağ” klubunun direktoru Əmrah Çelikel məlumat verib.

O, qeyd edib ki, bir gün əvvəl matçın Azərbaycan Dövlət Televiziyasında yayımı ilə bağlı tərəflər arasında ilkin razılıq əldə olunub: "Bu gün isə “Seltik” tərəfi matçın ümumiyyətlə yayımlanmayacağı qərarını verib".

Direktorun sözlərinə görə, “Qarabağ” və AzTV-dən asılı olmayan səbəblərdən oyun canlı yayımlanmayacaq: "Seltik" klubu azarkeşlərinin stadiona gəlişini təmin etmək üçün oyunun heç bir kanalda yayımlanmaması barədə qərar verib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm