Çempionlar Liqasıda gərgin mübarizələr - “Qarabağ” “Seltik"ə qarşı
Bizi izləyin

İdman

Çempionlar Liqasıda gərgin mübarizələr - “Qarabağ” “Seltik"ə qarşı

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları başa çatacaq.

Publika.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan “Qarabağ” da növbəti oyununa çıxacaq.

Təmsilçimiz Avropa nəhənglərindən olan Şotlandiyanın “Seltik” klubu ilə üz-üzə gələcək. Ardıcıl dörd mövsüm, ümumilikdə isə 46 dəfə ölkəsinin çempionu olan Qlazqo təmsilçisi ilə komandamızı çətin oyun gözləyir.

“Qarabağ” Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olacaq. Ağdam təmsilçisi Şotlandiya səfərindən sərfəli nəticə ilə qayıtmalıdır ki, Bakıda keçiriləcək cavab matçında mərhələ adlamaq şanslarını saxlasın.

Maraqla gözlənilən qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

29 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu

23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim:
Robert Şörgenhofer (Avstriya)
Qlazqo. “Seltik Park” stadionu

21:00. HİK (Finlandiya) - "Astana" (Qazaxıstan)

22:00. "Zalsburq" (Avstriya) - "Malmö" (İsveç)

23:30. "Styaua" (Rumıniya) - "Partizan" (Serbiya)

23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan)

23:45. "Lex" (Polşa) - "Bazel" (İsveçrə)

00:05. "Rapid" (Avstriya) - "Ayaks" (Hollandiya)

Xatırladaq ki, Çempionlar Liqasının III təsnifat mərhələsinə dünən start verilib. Günün ilk qarşılaşması Moskvada keçirilib. Yerli ÇSKA Çexiya "Sparta"sını qəbul edib. Qarşılaşmada iki dəfə önə keçən "hərbçilər" sonda qələbəni əldən verib - 2:2.

Dünən günün ən maraqlı oyunlarından biri də İstanbulda baş tutub. UEFA-nın cəzasına görə iki il avrokuboklardan kənarda qalan "Fənərbaxça" bu həsrətə Ukrayna "Şaxtyor"uyla oyunda son qoyub. Ukraynalılar Türkiyə klubunun avrokuboklara dönüşünü qələbəylə qeyd etməsinə imkan verməyiblər - 0:0.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

28 iyul

ÇSKA (Moskva, Rusiya) - Sparta (Praqa, Çexiya) 2:2
Qol: Dzaqoyev, 14. Toşiç, 53 - Fatai, 15. Kreyçi, 57.

Milsami (Moldova) - Skenderbeu (Albaniya) 0:2
Qol: Salihi, 49; 73-p.

Midtyulland (Danimarka) - APOEL (Kipr) 1:2
Qol: Poulsen, 88 - De Vinsenti, 30; 33.

Makkabi (Təl-Əviv, İsrail) - Viktoriya (Plzen, Çexiya) 1:2
Qol: İtzaki, 79 - Mahmutoviç, 17. Petrjela, 21.

Panatinaikos (Yunanıstan) - Brügge (Belçika) 2:1
Qol: Markus Berq, 37. Nikos Karelis, 65-p - Mbombo, 10.

Fənərbaxça (Türkiyə) - Şaxtyor (Ukrayna) 0:0

Yanq Boys (İsveçrə) - Monako (Fransa) 1:3
Qol: Rafael Nuzzolo, 74 - Layvin Kurzava, 64. Quido Karrilo, 73. Mario Pasaliç, 75.

Videoton (Macarıstan) - BATE (Belarus) 1:1
Qol: Paulo Vinikius, 88 - Milunoviç, 56.

Dinamo (Zaqreb, Xorvatiya) - Molde (Norveç) 1:1
Qol: Enrike, 18 - Kamara, 21.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm