"Seltik" - "Qarabağ" - 1:0 (YENİLƏNİB)
Bizi izləyin

İdman

"Seltik" - "Qarabağ" - 1:0 (YENİLƏNİB)

Futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Publika.az-ın məlumatına görə, turnirində ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" komandası növbəti oyununa çıxıb. Komandamız Şotlandiyada "Seltik" klubunun qonağıdır.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk hissəsində qapılara top vurulmayıb.

Meydan sahibləri isə 82-ci dəqiqədə açıblar. Matçda başqa qol qeydə alınmayıb - 1:0.

"Seltik Park Arena"da keçirilən oyunda "Qarabağ"ın start heyətində İbrahim Şehiç, Bədəvi Hüseynov, Rəşad Sadıxov, İlqar Qurbanov, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Əlharbi Əl-Jadeyaui, Dani Kintana, Cavid Tağıyev və Reynaldo yer alıblar.

"Seltik"in ilk on birliyində meydana Kreyt Qordon, Vircal van Deyk, Dedrik Boyata, Emilio İsaqirre, Mikael Lustinq, Nir Biton, Skott Braun, Qari Makkey-Stiven, Stefan Yohansen, Styuart Armstronq və Nadir Çiftçi çıxıblar.

Oyunu avstriyalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Robert Şorgenhoferdir. Ona həmyerliləri Matias Vinsaue və Riçard Hubler köməklik edir. Dominik Ouşan isə dördüncü hakim funksiyasını yerinə yetirir.

Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu "Qarabağ" Monteneqronun "Rudar" komandasını yarışdan kənarlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm