Jurnalisti vurduğuna görə üzr istədi
Bizi izləyin

İdman

Jurnalisti vurduğuna görə üzr istədi

Jurnalistə hücum çəkib, vurduğuna görə postundan uzaqlaşdırılan Meksika yığmasının baş məşqçisi Migel Errera üzr istəyib.

Publika.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında etdiyi hərəkətin düzgün olmadığını etiraf edib. Errera yığmanı belə tərk etdiyinə görə təəssüfləndiyini dilə gətirib:

“Etdiyim hərəkətə görə azarkeşlrədən, məşqçilər korpusundan, futbolçulardan, Meksika Futbol Federasiyasından və mətbuatdan üzr istəyirəm. Başa düşürəm ki, Meksika yığmasının baş məşqçisi özünü belə aparmamalıydı. Tənqidlərə qarşı dözümlü münasibət göstərməliydim.

Belə insidentə görə millini tərk etmək çox ağırdır. Nəzərə almaq lazımdır ki, biz yaxşı nəticələrə əldə etmişdik. İndi vaxtımı ailəmə sərf edəcəm. Bir müddət istirahət edib, yenidən qayıdacağam”.

Qeyd edək ki, 2013-cü ildən Meksika yığmasını çalışdıran Migel Errera hava limanında jurnalistə hücum etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm