• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Günah keçisi Messi

  • İdman
  • 30 İyul 2015 15:58
  • 473 Baxış
Günah keçisi Messi

“Real”ın keçmiş idman direktoru Xorxe Valdano Argentinada Messiyə qarşı söylənilən tənqidlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, Valdano ulduz futbolçunu müdafiə edib:

“İnsanlara günah keçisi və qəhrəman lazımdır. Messi hər iki statusu daşıyır. Nə vaxt ki komanda qələbə qazanır, Messi yaxşı oynayır, onun səcdəsinə gedirik. Nə vaxt ki məğlub olur, onda Messini edam etməyə tələsirik. Messi Amerika kubokunda keçirdiyi 6 oyunun 5-də ən yaxşı seçilib. Final oyununun nəticəsinə görə isə təkcə Messi yox, bütün komanda cavabdehdir”.

Qeyd edək ki, Argentina Amerika kubokunun finalında Çiliyə penalti seriyasında məğlub olmuşdu.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR