Ulduz futbolçunun atası həbs olundu
Bizi izləyin

İdman

Ulduz futbolçunun atası həbs olundu

Çili polisi təzəliklə “Bavriya” ilə müqavilə bağlayan Arturo Vidalın atasını həbs edib.

Publika.az xəbər verir ki, polis ata Vidalın çantasını yoxlayarkən narkotik maddə və iki bıçaq aşkarlayıb. Amma bir müddətdən sonra polis futbolçunun atasını azadlığa buraxıb. Erazmo Vidal hadisə ilə bağlı açıqlama verib:

“Məni çox tezliklə buraxdılar. Görünür, pis heç nə etməmişdim. Yalnız dostlarımla pivə içmişdim. Ona görə də olduqca sakitəm”.

Polis əməkdaşı Kristian Poblet də insidentlə bağlı danışıb:

“Erazmo Vidal ona görə saxlanılmışdı ki, onun çantasından narkotik maddə və iki bıçaq tapılmışdı. Amma onu buraxmalı olduq. Çünki narkotik maddə tələb olunan miqdardan artıq deyildi. Bıçaqlar isə mətbəxdə istifadə edilmək üçün alınmışdı”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm